Valve’ın yeni nəsil virtual reallıq qulaqlığı artıq yolda ola bilər. İyunun 10-da Almaniya yük gəmisi “Posen” Şanxaydan iki həftəlik səfərdən sonra Los-Anceles limanına yanaşıb. Valve izləyicilərinin məlumatına görə, gəmidə şirkətin yeni “Steam Frame” qulaqlığının ilk kütləvi istehsal partiyaları olub.
Gömrük sənədlərinə əsasən, Valve’ın distribyutor tərəfindən “Virtual Reallıq Cihazları” kimi qeydiyyata alınan yükün ümumi çəkisi təxminən 32 ton olub. Beş ədəd 12 metrlik yük konteynerinin öz çəkisi (təxminən 3700 kq) çıxıldıqdan sonra məhsulun xalis çəkisi 13 tona yaxınlaşır.
Qeyd edək ki, bu, Valve’in ay ərzində VR cihazları ilə bağlı ikinci böyük daşımasıdır. Ötən ay şirkət cəmi iki gün ərzində 50 tondan çox oyun konsolu idxal etmişdi. Mütəxəssislər bu tədarük həcminin “Steam Frame”in yaxın aylarda rəsmi təqdimatına işarə ola biləcəyini deyirlər.
Valve hələ ki, yeni qulaqlıqla bağlı rəsmi açıqlama verməyib. Lakin gömrük qeydləri şirkətin artıq kütləvi istehsala keçdiyini göstərir. Yeni cihazın “Valve Index” modelini əvəzləməsi və daha yüngül dizaynla daha yüksək performans təklif etməsi gözlənilir. Steam platformasının VR bölməsi üçün bu addım bazarın canlanmasına səbəb ola bilər.
Xatırladaq ki, “Valve Index” 2019-cu ildə satışa çıxarılmışdı və hələ də VR həvəskarları arasında populyardır. Yeni “Steam Frame”in ənənəvi VR qulaqlıqlarından fərqli olaraq daha geniş baxış bucağı və təkmilləşdirilmiş hərəkət izləmə sistemi ilə gələcəyi bildirilir.
Mənbə: The Verge (https://www.theverge.com/news/949517/valve-vr-headset-import-records-steam-frame-steam-machine-game-console)



