Papa Leo XIV-in ilk rəsmi sənədi olan ensiklikada süni intellekt əsas mövzu deyil. Sənəddə süni intellekt daha çox yeni yaranan təhlükə kimi deyil, cəmiyyətin artıq mövcud olan daha dərin problemlərinə işıq tutmaq üçün bir vasitə kimi təqdim edilir.
Əsəs məsələ nədir?
Papanın fikrincə, süni intellekt ətrafındakı müzakirələr əslində gücün həddindən artıq təmərküzləşməsi, demokratik institutların zəifləməsi və texnologiya elitasının heç bir nəzarət olmadan qlobal qaydaları öz xeyrinə dəyişdirməsi kimi köhnə problemlərin yeni bir təzahürüdür.
Başqa sözlə, ensiklikada süni intellekt texnologiyasının özünə deyil, bu texnologiyanı kimin, hansı məqsədlə və nə kitar qaydalarla idarə etdiyinə diqqət çəkilir. Papa vurğulayır ki, texnoloji inkişafın istiqamətini yalnız bir neçə nəhəng şirkətin deyil, bütün cəmiyyətin müəyyən etməsi vacibdir.
Qeyd edək ki, ensiklika Vatikandan daha geniş kütləyə – siyasətçilərə, texnologiya liderlərinə və adi istifadəçilərə ünvanlanmış bir mesaj kimi dəyərləndirilir. Papanın bu addımı süni intellektin gələcəyi ilə bağlı müzakirələrin təkcə texniki deyil, həm də etik, sosial və siyasi aspektləri əhatə etməsi lazım olduğunu bir daha xatırladır.
Mənbə: TechCrunch (https://techcrunch.com/2026/05/25/the-popes-ai-encyclical-isnt-really-about-ai/)

