Activision gələn il buraxılacaq 'Call of Duty: Modern Warfare 4' oyununda PlayStation 4 və Xbox One versiyalarından imtina etmək qərarına gəlib. Bununla da seriya, son 8 ildə ilk dəfə olaraq köhnə nəsil konsollara heç gəlməyəcək.
Bazar daralır: "Switch 2" ümidləri doğrultmaya bilər
S&P analitiklərinin hesablamalarına görə, Activision-ın bu qərarı oyunun hədəflədiyi ümumi auditoriyanı ötənilki oyunla müqayisədə 5.6% azaldacaq. Analizə əsasən, yeni "Call of Duty" oyunu 2017-ci ildən bəri ən kiçik aktiv konsol bazasına (istifadəçi kütləsinə) satılacaq.
Qeyd edək ki, məşhur oyun seriyası 2013-cü ildən bəri ilk dəfə Nintendo platformasına qayıdır — "Modern Warfare 4"-ün "Switch 2" versiyası artıq təsdiqlənib. Lakin analitiklər, Nintendo-nun yeni konsolunun köhnə PlayStation və Xbox istifadəçilərinin itkisini kompensasiya edə bilməyəcəyini proqnozlaşdırırlar.
Activision köhnə konsollardan imtina etməklə daha dar, lakin daha güclü bir bazara diqqət yetirir. Bu strategiyanın nə dərəcədə uğurlu olacağını isə yalnız gələcək satış rəqəmləri göstərəcək.
Mənbə: GamesIndustry (https://www.gamesindustry.biz/analyst-call-of-dutys-withdrawal-from-last-gen-consoles-means-its-selling-into-the-smallest-install-base-since-2017)


